İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLADI! Odessa ballistik raketlərlə BOMBALANDI, Rusiyanın 8 vilayəti VURULDU - CANLI

758 02.05.2024 15:00 Gündəm A A

Rusiya hava hücumundan müdafiə sistemləri mayın 2-nə keçən gecə Rusiya ərazisi üzərində 12 Ukrayna pilotsuz təyyarəsini vurub. Musavat.com xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, Bryansk vilayəti ərazisi üzərində beş, Krasnodar vilayəti üzərində üç, Rostov vilayəti üzərində iki, Kursk və Belqorod vilayətləri üzərində hərəsində bir pilotsuz təyyarə məhv edilib.

Bundan əlavə, Smolensk, Voronej və Oryol vilayətlərinin səlahiyyətliləri də PUA hücumu haqda məlumat yayıb. Krasnodarda PUA-ların Afipski neft email zavodu yaxınlığında vurulduğu, 3 partlayış baş verdiyi, Kurskda isə elektrik xətlərinin zədələndiyi bildirilib.

Mayın 1-i isə axşam saatlarında rus ordusu yenidən ballistik raketlərlə Odessanı atəşə tutub. Hücumu Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper təsdiqləyib. O, 14 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində mülki infrastruktura ziyan dəyib.

Bir sıra Ukrayna KİV-ləri dəqiqləşdirir ki, əsas zərbə çeşidləmə anbarına və ekspress çatdırılma xidmətləri göstərən “Nova Poşta” şirkətinin filialına düşüb. Şirkət, əməkdaşları arasında ölən və yaralananlar barədə hələlik məlumat olmadığını bildirib. Rusiya qoşunları son vaxtlar müntəzəm olaraq ballistik raketlərlə Odessaya hücum edir. Mayın 1-nə keçən gecə şəhərin mərkəzində belə bir hücum nəticəsində biri polis əməkdaşı olmaqla 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Bundan əvvəl, aprelin 29-da hücum nəticəsində 5 yerli sakin həlak olmuş, 32 nəfər yaralanmışdı. Yerli hakimiyyət iddia edir ki, Rusiya ordusu yaşayış binalarını və mülki infrastrukturu hədəfə alır. Rusiya Müdafiə Nazirliyi Odessaya endirilən zərbələri şərh etmir, lakin təkid edir ki, ümumiyyətlə, qondarma “xüsusi hərbi əməliyyat” zamanı yalnız hərbi hədəflərə hücum edir.

TVMusavat-ın bu gün saat 15:00-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla Ukrayna-Rusiya müharibəsinin yeni fazasını müzakirə edir.


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR