İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Kəşfiyyat İdarəsinin rəisinin həyat yoldaşını bununla zəhərləyiblər

972 29.11.2023 13:19 Hadisə A A

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna arsen və civə ilə zəhərlənib.

Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Valeri Kondratyuk məlumat verib.

Onun sözlərinə görə, Budanovanın verdiyi analizlərdə həmin ağır metallar aşkar edilib.

Bundan əlavə, Kondratyuk Baş Kəşfiyyat İdarəsinin daha bir neçə əməkdaşında arsen və civə tapıldığını bildirib.

“Söhbət Budanovun arvadının yanında olan mühafizəçilərdən getmir, daha az yüksək vəzifəli məmurlardan, Rusiyaya qarşı əməliyyatlara cavabdeh olan ayrı-ayrı ərazilərin rəhbərlərindən gedir”,-deyə o əlavə edib.

Xatırladaq ki, Budanovanın zəhərlənməsi noyabrın 28-i günorta saatlarında məlum olub. Artıq onun vəziyyətinin stabil olduğu qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR