İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş ağrılarını aradan qaldıran qeyri-adi üsul: Bir çay qaşığı kifayətdir ki...

1372 20.01.2024 21:15 Yaşam A A

Terapevt Sergey Aqapkin baş ağrılarından qurtulmağın qeyri-adi üsulunu açıqlayıb.

Həkim bu barədə "Rossiya 1" kanalında "О samom qlavnom" verilişində deyib.

Onun sözlərinə görə, adi zəncəfil kökündən istifadə etməklə baş ağrılarını aradan qaldırmaq olar.

"Onun hətta çox kiçik dozası da kifayət qədər ciddi, farmakoloji dərmanlarla rəqabət aparır", - terapevt bildirib.

Həkim aydınlaşdırıb ki, ağrıkəsicini əvəz etmək üçün bir çay qaşığı zəncəfil tozu kifayətdir. Onu qəhvəyə əlavə etmək olar, çünki kofeinin də ağrıkəsici təsiri var. Nəticədə belə bir içki baş ağrısı ilə mübarizədə təsirli olacaq.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR