İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baqrat Qalstanyanı bu halda qəbul edəcəm” - Sünik qubernatoru AÇIQLADI 

865 05.06.2024 15:24 Son xəbər A A

Xəbər verildiyi kimi, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz hərəkatını başladan revanşist keşiş Baqrat Qalstanyan Zəngəzur (Sünik) bölgəsinə gedəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Sünik qubernatoru Robert Qukasyan arxiyepiskop kimi Sünikə gedəcəyi təqdirdə keşiş Baqratı qəbul etməyə hazır olduğunu bildirib.

“Mən onu siyasətçi kimi yox, arxiyepiskop kimi qəbul edə bilərəm”, - deyə Qukasyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O, Erməni Apostol Kilsəsinə böyük hörmət bəslədiyini də deyib.

“Amma siz aksiyadan danışırsınızsa, vaxtı gələndə qərar verəcəyik”, - deyə Robert Qukasyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR