İnsanlara hürriyət, millətlərə istiqlal!

Baltikyanı ölkələr enerji şəbəkələrini Rusiya və Belarusdan ayırırlar

503 10.07.2024 20:27 Dünya A A

Üç Baltikyanı ölkə - Estoniya, Latviya və Litva Belarus və Rusiya ilə vahid elektrik sistemi (BRELL) üzrə elektrik təchizatı müqaviləsini yeniləməmək qərarına gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Litvanın Energetika Nazirliyinin saytında dərc olunan birgə bəyanatında əksini tapıb. Hər ölkə üç 2025-ci ilin fevralına qədər tamamilə yeni sistemə keçəcək.

Bəyanatda qeyd edilir ki, yaxın həftələrdə Baltikyanı enerji ötürmə sisteminin operatorları BRELL müqaviləsini yeniləməmək barədə birgə qərarlarına dair digər tərəflərə məlumat verəcəklər. Ölkələr öz enerji sistemlərini Avropanın enerji şəbəkəsi ilə sinxronlaşdıracaqlar.

Baltikyanı ölkələr Polşa vasitəsilə öz elektrik şəbəkələrinin Avropa ilə sinxronlaşdırılması layihəsini həyata keçirirlər. Avropa sisteminə qoşulan Vilnüs, Riqa və Tallin eyni vaxtda BRELL-lə əlaqəni kəsəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR