İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya bu tarixlərdə qar yağacaq - RƏSMİ AÇIQLAMA

2697 10.01.2024 11:10 Ölkə A A

Bu gündən etibarən Bakıda və digər rayonlarda soyuq hava şəraiti müşahidə olunur. Rayonlardan əlavə paytaxtda da havanın kəskin soyuması Bakıya qar yağmaq ehtimalını ortaya qoyub. 

Bəs Bakıya qar yağmaq ehtimalı varmı? Soyuq hava şəraiti nə qədər müddət davam edəcək? 

Bu suallara cavab tapmaq üçün Milli Hidrometeorologiya Xidmətinə müraciət etdik. Qurumun Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirdi ki, dünəndən etibarən ölkə ərazisində hava şəraiti dəyişib və güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda isə qar yağıb:

"Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qar örütüyünün hündürlüyü Quba və Ordubadda 1 sm-dir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, digər rayonlarda 18-20 m/s-dək güclənib. Ölkə ərazisində müşahidə olunan güclü külək bu gün gündüz saatlarından etibarən zəifləyəcək. Yağıntılı hava şəraiti isə davam edəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək. Yanvarın 15-dək əksər rayonlarda yağıntılar davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Artıq 15-i səhər saatlarından yağıntılar kəsəcək. 

Yanvarın 13-ü axşam və 14-də Bakıda və Abşeron yarımadasıında qar yağacağı proqnozlaşdırılır. 

Paytaxtda yanvar və fevral ayalarında növbəti dəfə qarın yağacağı ehtimal olunur. Qış fəslinin soyuq ayları olduğu üçün bu aylarda da qarın yağması istisna deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR