İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının bu qəsəbəsində su problemi yaranıb

3139 15.08.2023 22:12 Sosial A A

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində içməli su təchizatı ilə bağlı problem yaranıb.

Bu barədə "Report"a qəsəbədə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin Suraxanı Su Kanal İdarəsinə müraciət etsələr də, vəziyyət düzəlmir.

"Bizə sadəcə deyirlər ki, ərazidə qəza var, ona görə su verilmir", - deyə sakinlər qeyd edib.

Məsələ ilə bağlı "Azərsu"dan "Report"a bildirilib ki, son günlər suya tələbatın artması müşahidə edilir: "Bunu nəzərə alaraq magistral xətlərə suyun verilişi artırılıb ki, qəsəbələr normal su ilə təmin olunsun. Bu gün həmin əraziyə su veriləcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR