İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı məşhur hospital 100 uşağı ödənişsiz müayinə edəcək - Fotolar, VİDEO

1189 16.03.2023 14:25 Son xəbər A A

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakıdakı "Liv Bona Dea" hospitalı 100 uşağı ödənişsiz müayinə edəcək.

Musavat.com bildirir ki, bununla bağlı martın 16-da "Liv Bona Dea" hospitalında tədbir keçirilib.

Hospitalın təşəbbüsü, “Türkiyə -Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi”, ''Qayğı Uşaq Reabilitasiya Mərkəzi'', ''Qafqaz Qadınlar Assosiasiyası'' və “Qarabağ” FK-nın tərəfdaşlığı ilə təşkil olunan tədbirdə Türkiyədən xüsusi olaraq dəvət olunan qonaqlar o cümlədən, yazar professor İlyas Topsakal, Emel Yenigün, professor Aygün Attar, Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, tanınmış ictimaiyyət nümayəndələri və digərləri iştirak edib.

Hospitalın baş direktoru Taner Özbek çıxış edərək bildirib ki, “Dostum ol" şüarı ilə keçirilən aksiya autizm və daun sindromlu uşaqları əhatə edəcək, onların göz və ürək müayinəsi hospital tərəfindən qarşılanacaq. Baş direktor həmçinin qeyd edib ki, cəmiyyətin sosial həyatına dəstək məqsədilə Liv Bona Dea Hospitalında bu vaxta qədər “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi”,“Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yeri”, “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək“, “Beynəlxalq əlillər günü, sevginin sərhəddi yoxdur” adlı tədbirlər təşkil edilib. Bu tədbirlərə müvafiq olaraq 500 nəfərə ürək müayinəsi, 300 qadına süd vəzi və mamoqrafiya , 100 nəfərə isə ağciyər müayinəsi tam ödənişsiz həyata keçirilib.

Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel isə çıxış edərək, autizmin xəstəlik deyil sadəcə bir fərqlilik olduğunu bildirib: “Bu fərqliliyə nəzərən övladlarımıza sarılmalıyıq. Bu cür layihədə iştirak etdiyim üçün özümü çox şanslı hesab edirəm”.

”Qafqaz Qadınlar Assosiasiyası”nın prezidenti Emel Yenigün isə qeyd edib: “Liv Bona Dea" hospitalının təşəbbüsü ilə dərnəyimiz birlikdə bu cür layihə həyata keçirməyi düşündük. Qardaş Azərbaycanda bu cür layihədə iştirak etməkdən çox məmnunuq. İlk bu cür tədbiri Bakıda reallaşdırdıq. Ümid edirik ki, gələcəkdə digər bəlli nöqtələrdə də bu cür layihələri həyata keçirəcəyik”.

Hospitalın qrup koordinatoru Meri İstiroti də tədbirin keçirilmə məqsədindən danışıb:
“Daun sindromu xüsusi qayğıaya şəfqətə ehtiyac olan uşaqlara diqqət çəkmək istədik. Xüsusiolə də Azərbaycanın ümumil lider Heydər Əliyev 100 illiy ilində bu cür layihə həyata keçirməyi düşündük. Qeyd edim ki, bu cür sosial layihələrimiz davamlı olacaq”.

Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar da çıxış edərək, bu cür sosial-xeyriyyə layihəsinin həyata keçirilməsində əməyi olan hər kəsə özü təşəkkürünü bildirib.

Millət vəkili Hicran Hüseynova isə bu cür layihələrin keçirilməsinin cəmiyyətimiz üçün çox vacib olduğunu bildirdi: “Çox sevinirəm ki, bu cür layihə keçirilir. Bu cür layihələrin keçirilməsi hər birimiz, hamımız üçün çox vacibdir. Layihədə iştirak edən hər kəsə uğurlar arzulayıram. Biz də öz köməyimizi, dəstəyimizi verməyə hazırıq.

Arzu edirəm ki, nəinki Azərbaycanda, Türkiyədə, bütün dünyadakı uşaqlar heç bir problemlə üzləşməsin, hər zaman üzləri gülsün, sevinsinlər".

Daha sonra tədbir iştirakçıları daun sindromlu uşaqların maraqlı rəqsini izləyiblər.

Tədbirin sonunda layihədə yaxından iştirak edənlər mükafat və sertifikatlarla təltif olunublar.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR