İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıdakı görüşdə məğlub ola bilərik” - Ranqnik

1159 15.10.2023 17:40 İdman A A

“Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik”.

Bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ərəfəsində mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib: “İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq”.

O, Azərbaycan yığması barədə müsbət fikirlər səsləndirib: “Rəqibimiz son vaxtlar yaxşı oyun nümayiş etdirən komandadır. Keyfiyyətli oyunçuları var. Biz Azərbaycanı zəif rəqib hesab etmirik. Bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR