İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı beynəlxalq toplantıda Türkiyə parlamentinin rəhbəri müharibələrlə bağlı çağırış etdi

324 22.02.2024 11:32 Ölkə A A

Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilir.

Musavat.com bildirir ki, sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub. Azərbaycanın Dövlət Himninin səslənməsindən sonra APA-ya ödən dönəm sədrlik etmiş Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxış edib. 

N.Kurtuluş hər kəsi ölkəsi və şəxsi adına salamladıqdan sonra bildirib ki, burada səslənən fikirlərin Asiya ölkələrinin əlaqələrinin daha da möhkəmlənməsində önəmli rol oynayacağına inanır.

“Dünyanın çətin bir dönəmdən keçdiyinə şahidik. Bu mənada Asiyada önəmli bir fürsət pəncərəi açılıb. Bu çərçivədə APA-nın yeni yüksəlişə qədəm qoyan Asiyada fövqəladə dəyərli bir platfoma olduğunu xüsusi qeyd etmək istəyirəm. Beynəlxalaq barışın əldə olunmasına töhfə verəcək bir platformadır” - deyə, N.Kurtulmuş bildirdi. Qeyd etdi ki, bu çərçivədə Türkiyə olaraq 2019-cu ildən bəyan etdiyimiz “Yenidən Asiya” hədəfimiz olaraq Türkiyənin Asiya ilə əlaqələrinə mühüm diqqət veririk. “Asiya mədəniyyətin doğduğu yerdir. Hər zaman elmdə, texnologiyaya irəli getmiş, mədəniyyətlərə sahib qitədir” - deyən spiker bu dönəmdə gerçəkləşdirilən APA-nın tarixi bir dövrə təsadüf etdiyini xüsusi vurğuladı.

TBMM sədri çıxışında Rusiya-Ukrayna müharibəsi və Qəzzada yaşanan dəhşətlərə xüsusi hyer ayırdı, Asiya ölkələrini və ümumiyyətlə, bütün bəşəriyyəti bu dəhşətlərin dayandırılması üçün hərəkətə keçməyə çağırdı. Eyni zamanda qeyd etdi ki, baş verənlər dünyanın yeni Birləşmiş Millətlər Təşkilatına zərurət olduğunu ortaya çıxartdı. Çünki bu gün kim güclüdürsə, o haqlıdır reallığı flormalaşdırılmaqdadır. N.Kurtulmuş yekunda APA-ya sədrliyi Türkiyədən qəbul edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya uğurlar arzuladı. O, xanım Qafarovanın APA sədri olaraq aldığı bayrağı daha da yüksəklərə daşıyacağına əminliyini ifadə etdi. Bildirdi ki, Türkiyə bu prosesdə hər zaman yardımçı olacaq. Daha sonra N.Kurtulmuş sədrliyin ötürülməsini özündə ehtiva edən toxmağı Milli Məclis sədrinə təqdim edib.

Qeyd edək ki, Azəessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir. Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR