İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yük maşını dayanacaqdakı sərnişin avtobusuna çırpılıb - VİDEO

499 18.07.2023 14:43 Hadisə A A

Bakıda yük maşını dayanacaqda dayanan avtobusa çırpılıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bakı metrosunun “Xocəsən” stansiyasının qarşısında avtobus dayanacağında yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 99-XV-381 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü iddia edir ki, dayanacaqda dayandığı vaxt “Mercedes-Benz Atego” markalı yük maşını sükanı arxasına əyləşdiyi nəqliyyat vasitəsini vurub.

Sərnişinlər arasında xəsarət alan olmayıb.

Bu barədə oxu.az-a “Xocəsən” stansiyası yaxınlığında dayanacaqda qeydə alınan qəzanın təfərrüatı barədə “Bus Trans” MMC-nin sahibi Qalib Salahov məlumat verib.

Onun sözlərinə görə, 155 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü dayanacaqda olarkən yük maşını nəqliyyat vasitəsini arxadan vurub:

“Hadisə zamanı heç kim xəsarət almayıb. Sərnişin avtobusuna maddi ziyan dəyib”.

Qəza yerindən görüntüləri təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR