İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda xəstəxananın baş həkimi 1 saat işləyir? - RƏSMİ AÇIQLAMA

2318 11.10.2022 18:18 Səhiyyə A A

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 19 saylı şəhər xəstəxanasında baş həkimin 1 saat işləməsi barədə məlumat daxil olub.

Bu barədə yerli sakinlərdən biri BAKU.WS-in "qaynar xətti"nə bildirib.

O, iddia edib ki, Elçin adlı baş həkim xəstələrə icbari tibbi sığorta yolu ilə göndəriş yazmaq üçün yalnız bir saat fəaliyyət göstərir. Baş həkim vətəndaşlar ancaq 13:00-dan 14:00-a kimi göndəriş yazmaq üçün vaxt təyin edib.

Bu iddianın nə qədər həqiqəti əks etdirməsini aydınlaşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova BAKU.WS-ə bildirib ki, qeyd olunan iddialar həqiqəti əks etdirmir:

"Vətəndaşlarlar şəxsiyyət vəsiqəsilə xəstəxanaya yaxınlaşaraq icbari tibbi sığorta çərçivəsində müayinə oluna bilirlər. Nəticəyə uyğun olaraq əgər əlavə müayinələrə, eləcə də stasionar yatışa ehtiyac yaranarsa aidiyyəti bölmə tərəfindən digər tibb müəssisələrinə göndərişlər verilir.

Həftəiçi 5 gün saat 09:00-dan 15:00-a qədər göndərişlərin sistemə işlənilməsi prosesi həyata keçirilir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR