İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda türklük və güc şöləni - "Türk şahinləri" sizə necə təsir etdi? VİDEOSORĞU

1003 31.05.2022 19:42 Reportaj A A

Xəbər verdiyimiz kimi, may ayının 26-dan başlayaraq, paytaxt Bakımızda “Teknofest” adlı möhtəşəm tədbir keçirildi. Adı texnologiya festivalı olsa da, bu tədbir əslində Türkiyə- Azərbaycan qardaşlığının və birgə gücünün dünyaya nümayişi idi. Bu nümayiş həm də özümüzə və düşmənlərimizə ünvanlanmışdı. Gözümüz göylərdə, “Türk şahinləri’’ndə, onların "Azərbaycan şahinləri" ilə bərabər həyata keçirtdikləri hava şoularında idi. Ürəyimiz isə qürur və ümidlə dolu idi. Türk olmağın, Türkiyə ilə bərabər olmağın Azərbaycana verdiyi üstünlük və bunun azərbaycanlılarda yaratdığı böyüklük hissi ümummili amillərdən biri idi. Türkiyə prezidentinin Azərbaycana gəlişi, Vətən müharibəsindəki zəfərimizdə böyük xidməti olan Səlcuq Bayraqdarın “Teknofest’’də baş ideoloq və mərkəzi fiqur olması Azərbaycana əfsanə günlər yaşatdı. Hər kəs məmnun, hər kəs qürurlu idi.

Lakin indi məlum olur ki, sən demə sosial şəbəkələrdə bəziləri bu durumdan rahatsızlıqlarını yazmış, “Türk şahinləri’’nin səslərinin onları narahat etdiyini iddia etmişlər.

Bəzi soydaşlarımız sosial mediada yazırlar ki, Türkiyədən gələrkən təyyarələrin paytaxt səmalarında uçuşları onları narahat edib, təyyarə səslərindən rahatsız olublar. Buna münasibətiniz necədir? Siz də rahatsız oldunuzmu?

Bəs paytaxt Bakıda keçirilən bu tədbirlərə, Ərdoğanın gəlməsinə, danışmasına, Səlcuq Bayraqdarın mesajlarına münasibətiniz necədir?

Sizcə, “Teknofest” vasitəsi ilə İlham Əliyev və Ərdoğan Ermənistana, Rusiyaya, dünyaya nə demək istədilər?

İçimizdəki çatlaq səs hesab olunacaq bu cür insanlara münasibəti və “Teknofest’’ adlanan türk şöləninə rəylərini öyrənmək üçün qarşımıza çıxan paytaxt sakinlərinə suallar verdik və onların fikirlərini öyrənməyə çalışdıq.

Anar Əhməd,
Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR