İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Taifatul Mansura”nın 13 üzvünə hökm oxundu

739 16.05.2024 14:41 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə Suriya Ərəb Respublikasının İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunmuş 13 Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Musavat.com xəbər verir ki, məhkəmə qarşısına çıxarılan müttəhimlər Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirli biliniblər.

 Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən ilin iyun ayında yaydığı məlumatda deyilir ki, aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriyaya keçmələri müəyyən olunub. Orada müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak ediblər. Bu əməllərinə görə barələrində beynəlxalq axtarış elan edilib. 13 nəfər xaricdə tutularaq ölkəyə gətirilib. 

Musavat.com xəbər verir ki, prokuror məhkəmədən təqsirləndirilən şəxslər - Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Hacı Muradov, Mais Əliyevin 8 il 6 ay, İsmayıl İsmayılovun 7 il 6 ay, Şəhriyar Babayevlə Əlövsət Baxışovun 9 il, İntiqam Əsədovun isə  8 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Bundan sonra təqsirləndirilən şəxslər son söz deyib və hökm elan edilib. Hökmə əsasən, təqsirləndirilən şəxslər - Şəmil Abdullayev, Murad Ağamətov, Murad Quliyev, Fərhad Rüstəmov, Sultan Sultanov, Nəcməddin Hüseynov, Hikmət Mahmudov, Mais Əliyev, İsmayıl İsmayılov, Şəhriyar Babayev, Hacı Muradov, Əlövsət Baxışov və İntiqam Əsədov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR