İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Slovakiya qrafikalarından ibarət sərginin açılışı olub - Fotolar

676 26.05.2023 14:50 Mədəniyyət A A

Slovakiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən sərgi həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunub.

Musavat.com xəbər verir ki, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılışında Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak çıxış edib. Səfir sərgi haqqında qısa məlumat verərək bildirib ki, “Biennali Bratislava illüstrasiyaları” sərgisində slovak illüstratorların əsərləri nümayiş olunur. Milan Layçak həmçinin qeyd edib ki, diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə təşkil olunacaq tədbirlərin siyahısı bu sərgi ilə məhdudlaşmır, irəlidə bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olub.

İyunun 9-dək davam edəcək sərgidə 60-dan çox Qran Pri qaliblərinə məxsus əsərlər nümayiş olunur.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR