İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səhər saatlarında DƏHŞƏT: Ölən şəxs görün kimdir

2309 19.07.2023 11:00 Hadisə A A

Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

Musavat.com-un “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Elməddin Seyidov “Amburan İK” MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR