İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda şagirdin döyüldüyü məktəblə bağlı YENİ XƏBƏR

2491 07.10.2022 14:32 Təhsil A A

Bakıda şagirdin döyüldüyü məktəbin direktor vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.

Musavat.com xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

"Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi. Məktəbin şagirdləri arasında baş vermiş insident ilə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir", - İdarədən qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR