İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda retro avtomobil kül oldu FOTO VİDEO

1075 10.06.2024 14:32 Hadisə A A

"Pekin-Paris" avtorallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan "American LaFrance Type" 10 marşrut üzrə yürüş zamanı yanıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasından alınan məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb. Avtomobilin sahibi layihə rəhbəri, "Hero-Ero" klubunun başçısı Tomas de Varqas Maçukadır.

"Pekin-Paris" avtorallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir. Avtomobillər Şamaxıdan sonra Gürcüstana keçməklə marşruta davam edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR