İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qardaş qardaşı bıçaqlayıb

470 08.06.2022 13:44 Hadisə A A

Bakıda qardaş qardaşı bıçaqlayıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə iyunun 6-sı saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. Nəticədə K.Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR