İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda özünü binadan atan qadın və övladının SON DURUMU

852 19.07.2022 11:55 Hadisə A A

Bakıda özünü binadan atan qadının vəziyyəti çox ağırdır.

Kliniki Tibbi Mərkəzdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü ananın vəziyyəti çox ağırdır.

"Çoxsaylı sümük sınığı xəsarəti ilə gətirilib. 2019-cu il təvəllüdlü uşağın vəziyyəti ona nisbətən yaxşıdır. Qol və bud nahiyəsində sınıqlar var. Ancaq vəziyyəti ağır stabildir", - məlumatda bildirilir.

Xatırladaq ki, Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı, 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR