İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mağazaya girən şəxs "haramdır" deyib bütün spirtli içkiləri məhv edib- VİDEO

4681 17.06.2023 13:24 Son xəbər A A

Bakının Yasamal rayonu ərasizindəki marketə gələn naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Bu barədə  Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda İ.Hüseynovun "haram olduğu üçün" Yasamalda yerləşən "Bravo"dakı içki şüşələrini qırdığı bildirilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR