İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda IV sinif şagirdi yeni kondisioner hazırladı - VİDEO

1958 28.08.2023 20:19 Maraqlı A A

Bakı məktəblisi yeni kondisioner modeli hazırlayıb...

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun tabeliyindəki 161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlilinin hazırladığı iki hissədən ibarət qurğu sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.

M.Vəlili hazırladığı qurğunu daha da təkmilləşdirməyi düşünür.

Qeyd edək ki, texnoloji yeniliklər etmək üçün daim özü üzərində çalışan məktəbli bundan öncə yeni formada təmizləmə funksiyasını icra edən tozsoran modeli və helikopter maketi hazırlayıb.

Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR