İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda insanlar ən çox bu xəstəlikdən vəfat edir - VİDEO

1001 12.04.2024 12:44 Ölkə A A

Bakıda hər 100 nəfərdən 68-i ürək- damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.

Musavat.com xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin yanvar ayında paytaxtda baş verən 900 ölüm hadisəsi qeydə alınıb. Bunun da 610-u, yəni 68 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatında bildirlir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək-damar xəstəlikləri hələ də üstünlük təşkil edir.

Həkim Anar Əmrah bildirir ki, təzyiqi olan insanlar həyat tərzini dəyişdirməli, artıq çəkidən azad olmalı, duzdan istifadəni məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR