İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gecə ilə ağacları kökündən çıxardılar VİDEO

1543 01.11.2023 13:42 Hadisə A A

Bakı şəhərində ağacları gecə ilə kökündən çıxarıblar.

Oxu.Az-ın məlumatına görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsində tikinti olacaq ərazidə beşə yaxın ağac kökündən çıxarılıb. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 70 ünvanında tikinti məqsədilə hasarlanmış ərazidə aparılan ilkin araşdırma zamanı beş ağacın kökündən çıxarılması təsdiq edilib:

“Ağaclar kökündən çıxardıldığı üçün onların növünü müəyyən etmək mümkün olmayıb. Ağacları çıxaran şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi, ərazinin kimə məxsus olduğu barədə araşdırmalar davam etdirilir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR