İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda faciəli şəkildə ölən bacılar bu vəzifəli şəxsin qızıdır

3926 21.07.2022 13:37 Hadisə A A

İki gün əvvəl dənizdə batan qızın cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

xxx

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

Musavat.com "Report"a istinadla xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysu Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR