İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu ev 17 milyona satışa çıxarıldı - FOTOLAR

1795 15.07.2024 18:57 Ölkə A A

Bakıda hər gün fantastik qiymətə villalar satışa çıxarılır. Yay mövsümi ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.

Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Əsasən, şəhərdən uzaq - Mərdəkan, Badamdar, Şüvəlanda yerləşən bu villalar lüks və dəbdəbəli şəraiti ilə seçilir.

Musavat.com Yenisabah.az-a istinadən xəbər verir ki, bu dəfə nə az, nə çox, 17 milyon manata satışa çıxarılan villa isə Şüvəlan qəsəbəsində yerləşir.

Sözügedən villanın 1200 kvadrat metr sahəsi var və 2 mərtəbə, 7 otaqdan ibarətdir.

Evin fantastik qiymətə satılmasının əsas səbəbi isə həyətyanı sahəsidir. Belə ki, həyətin 40 sot sahəsi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR