İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

1415 21.06.2026 12:27 Hadisə A A

Bakıda ağır yol-nəqliyyat hafisəsi olub.

Musavat.com xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus  piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR