İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 2 azyaşlı övladı ilə birgə itkin düşən qadın tapıldı

1015 22.05.2024 11:25 Hadisə A A

Daxil olmuş müraciətlər əsasında mayın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 16-da Qazax rayonunun Kəmərli kəndində itkin düşmüş 2004-cü il təvəllüdlü qadın, aprelin 29-da Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış sahəsində 2 azyaşlı övladı ilə itkin düşmüş 1994-cü il təvəllüdlü qadın, mayın 13-də Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü qadın, mayın 19-da Salyan rayonda itkin düşmüş 2007-ci il təvəllüdlü qız, mayın 20-də isə Sumqayıt şəhərinin ərazisində itkin düşmüş 2008-ci il təvəllüdlü qız və Binə qəsəbəsində itkin düşmüş 2009-cu il təvəllüdlü oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Musavat.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR