İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq: HƏBS EDİLDİ

2149 10.06.2022 09:55 Hadisə A A

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 8-də metronun “Ulduz” stansiyasında baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F. Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR