İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı məktəblisindən qeyri-adi KƏŞF – Fotolar

2177 17.02.2023 16:59 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 20 şagirdi "Sabahın alimləri" XII respublika müsabiqəsinin qalibi olub. 55 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Babayeva da qaliblər sırasındadır.

III yerin qalibi olan Zeynəb Babayevanın Musavat.com-a verdiyi məlumata görə, hazırladığı "Bradikardiya" cihazı böyük maraqla qarşılanıb: "Cihaz həkim nəzarətinin məhdud olduğu yerlərdə və vaxtlarda xəstəyə qoşularaq onun sağlamlıq məlumatlarını həkimə və aid olduğu xəstəxanaya ötürür. Bu cihaza oxşar bir cihaz hələ icad olunmayıb. Bu, ilk cihazdır ki, insanı daim nəzarətdə saxlamaqla yanaşı, həkim və xəstəxananın onlayn olaraq uzaqdan nəzarətini təmin edir. Bu prosesin izlənməsi üçün xüsusi bir proqram da hazırlamışıq".

Z.Babayeva əlavə edib ki, layihənin başa gəlməsində elmi rəhbəri Asiyət Musayevanın böyük rolu olub: "Cihazın hazırda ürək ritmini və qandakı oksigenin miqdarını təyin etmə funksiyası var və bu analiz zamanı hər hansı bir problem aşkarladıqda həkimə və xəstəxanaya proqram vasitəsilə məlumat göndərilir. Həkim gələn məlumatları analiz edərək ilkin tibbi yardım funksiyasını işə salır, cihazın daxilində həkim tərəfindən təyin olunmuş dərmanın həmin xəstəyə uzaq məsafədən enjekt olunması üçün mobil tətbiqdə olan slider vasitəsilə onlayn iynə vurma prosesi aparır".

Müsabiqə qalibi onu da deyib ki, ən böyük  arzusu həkim olmaq və bu cihazın üzərində işləyib daha da inkişaf etdirməkdir.

Qeyd edək ki, "Sabahın alimləri" XII respublika müsabiqəsinin qalibləri sırasında 17 nömrəli tam orta məktəbin şagirdi Nurlana Əlili I yeri tutaraq qızıl medala layiq görülüb. Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdləri Sevil Mirzəli və Camaləddin Kərimov, 100 nömrəli tam orta məktəbin şagirdi Əli Məmmədov, 193 nömrəli tam orta məktəbin şagirdi Əli Abdullayev, 247 nömrəli tam orta məktəbin şagirdi Həvva Qəmbərova  II yeri tutaraq gümüş, 299 nömrəli məktəb-liseyin şagirdləri Çingiz Abdullazadə və Ağasəlim Mustafazadə, 283 nömrəli tam orta məktəbin şagirdləri Ayla Qasımova və Duyğu Xudadatova, 13 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Bayramlı, 55 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Babayeva, 60 nömrəli tam orta məktəbin şagirdləri Nərgiz Məmmədova, Fatimə Rəsulova, Ayla Qibləliyeva və Sara Məlik-Aslanova, 36 nömrəli tam orta məktəbin şagirdi Əminə Əsədova, 201 nömrəli tam orta məktəbin şagirdi Uğur Əliyev, 27 nömrəli tam orta məktəbin şagirdi Rza Qasımov və 218 nömrəli tam orta məktəbin şagirdi Emin Həziyev isə III yeri tutaraq bürünc medal qazanıblar.

Afaq Mirayiq,
Musavat.com

WhatsApp Image 2023-02-17 at 16.54.58.jpeg (82 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR