İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı karantinsiz Novruza bu cür hazırlaşır FOTO REPORTAJ

1200 18.03.2022 18:57 Reportaj A A

 

Novruz bayramına artıq sayılı günlər qalıb.

Pandemiya səbəbindən verilən iki illik aradan sonra yenidən paytaxtda dövlət səviyyəsində keçiriləcək bayrama hazırlıq görülür.

Paytaxtın bir neçə mərkəzi küçələrində dəmirdən hazırlanmış böyük səməni və bayram atributlarının maketi quraşdırılıb.

Musavat.com-un əməkdaşı müşahidə edib ki, Nizami küçəsində artıq yarmarkalar qurulub. Bu yarmarkanın kifayət qədər müştərisi də var. Həmçinin yarmarkaların yanında böyük samovardan çay stendi qoyulub. Kosa və keçəl obrazını canlandıran insanlarla şəkil çəkdirənlər də az deyildi.  Həmçinin Novruz bayramının əsas rəmzi sayılan səməni, paxlava, şəkərbura və qoğal formasında fiqurlardan kuklalar var idi.   

Bulvar ərazisində də Nizami küçəsindəki kimi səməni və bayram atributlarının maketinə rast gəldik. Orada da konsert üçün səhnə və yarmarka qurulduğunu gördük.

Təmizlik baxımından isə dənizkənarı bulvarda və bir neçə mərkəzi küçədə bayram qabağı iməclik keçirilir. 

Onu da bildirək ki, martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.

Bayram tədbiri saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq: "Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək".

 

Ləman Rüfətqızı
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR