İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakı ilə bu mövzudakı danışıqlarda irəliləyiş əldə olunub” - Paşinyan  

849 07.06.2023 18:06 Siyasət A A


“Moskvada nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli komissiyanın iclasında mühüm irəliləyiş əldə edilib”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bildirib.

“Mən bir daha Ermənistan Respublikasının bu kommunikasiyaların keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istəyirəm. Bu, üçtərəfli bəyanatın 9-cu bəndində göstərilən kommunikasiyalara aiddir. Ümid edirəm ki, biz konkret qərarlara gələ biləcəyik”.

Paşinyan bildirib ki, Ermənistan tərəfi təkliflər verib və o, onların qəbul ediləcəyinə ümid edir: “Prinsipcə, bu, bizim təkliflərimizə oxşamır, bunlar bizim son iki il ərzində hazırladığımız kompromis həllərdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR