İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabının imza günü keçirildi - FOTOLAR

1040 05.11.2022 16:10 Mədəniyyət A A

Bu gün "Bizim yol" qəzetinin baş redaktoru, yazıçı-publisist Bahəddin Həzinin "Ölümcül həqiqətlər" kitabının imza günü keçirilib.

Musavat.com xəbər verir ki, Park Bulvardakı "Əli və Nino” kitab mağazasında baş tutan tədbirdə jurnalistin qələm dostları, media nümayəndələri, yazıçılar iştirak ediblər.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid və Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu çıxış edərək yazıçını təbrik ediblər, ona yaradıcılıq uğurları diləyiblər. 

Qeyd edək ki, kitabda tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzinin son illərdə qələmə aldığı məqalələri, yol qeydləri, esse və hekayələrinin bir qismi, eləcə də "Yadımdakı Qarabağ" xatirə poeması yer alıb. Eləcə də, "Həyatımın ölümcül həqiqətləri" xatirə-povestində müəllifin qarşılaşdığı hadisələrdən, eləcə də sənəti ilə bağlı üzləşdiyi təhlükələrdən bəhs edilir.

Afaq Mirayiq,
Musavat.com

WhatsApp Image 2022-11-05 at 15.54.39.jpeg (104 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR