İnsanlara hürriyət, millətlərə istiqlal!

Babayan: "Nikol Paşinyana yazdım ki..."

1356 29.11.2023 17:24 Son xəbər A A

"Hələ 44 günlük müharibə başlamazdan əvvəl Azərbaycanın qalib gələcəyini anlamışdım".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağ separatçılarının liderlərindən Samvel Babayan Ermənistan parlamentində keçirilən dinləmələr zamanı danışıb.

"Mən Nikol Paşinyana məktublar göndərdim və yazılı şəkildə ona məğlub olacağını anlatdım", - deyə o qeyd edib.

Babayanın iddiasına əsasən, düzgün hərbi-siyasi rəhbərlik formalaşsaydı, 44 günlük müharibədə Ermənistan tərəfi qalib gələ bilərdi. Onun sözlərinə görə, Azərbaycan Şuşa geri qaytarılmayana qədər müharibəni dayandırmayacağını həmişə israrla tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR