İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsun Holdinq” Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd edib FOTO

435 16.07.2024 13:19 Ölkə A A

Milli Mətbuatımızın yaranmasının 149 illiyi münasibəti ilə “Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib.

Dreamland’də rəsmiyyətdən uzaq, bol əyləncəli, musiqili təşkil olunmuş tədbirə ailəvi dəvət olunan jurnalistlər əvvəlcə Trampoline hissəsində uşaqları ilə birlikdə əyləniblər. Sonra möhtəşəm konsert proqramına qonaq olublar. Tanınmış, sevilən aparıcı Kazım Sübhan və müğənni Mərdan Kazımov, “Dərviş band” qrupu konsertə xüsusi maraq və rəng qatıb. Tədbir birlik və bərabərlik rəmzi olan “Yallı” rəqsi ilə yekunlaşıb.

Qeyd edək ki, bir əsrdən çox tarixə malik olan mətbuat uzun və keşməkeşli yol keçərək varlığını qoruyub saxlayıb. Təbii ki, bu işdə jurnalistlərin rolu və əməyi danılmazdır. Bu baxımından bütün media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR