İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərpaşa Nemətov dəfn olunub FOTO

2535 10.04.2023 16:16 Mədəniyyət A A

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.

***

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi başa çatıb.

APA xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərpaşa Nemətovun həyat və yaradıcılığı barədə geniş məlumat verib. Çıxış edən Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycan teatrı yaşadıqca Azərpaşa Nemətovun da yaşayacağını qeyd edib. Xalq artisti Hacı İsmayılov Azərpaşa Nemətovun Azərbaycan teatı üçün səyləri barədə geniş söz açıb.

Çıxışlar bitdikdən sonra Azərpaşa Nemətovun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

***

Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru və direktoru Azərpaşa Nemətovla vida mərasimi davam edir.

APA xəbər verir ki, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mərasimdə iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra canazə dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

***

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR