İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılar sosial şəbəkələrdən daha çox nə üçün istifadə edir?

660 10.05.2023 16:54 Maraqlı A A

 
"Digital 2023 Global Overview" (Rəqəmsal 2023 Qlobal İcmal) hesabatı Azərbaycanla bağlı rəqəmləri açıqlayıb.

Məlumata görə, 10.39 milyondan çox əhalisi olan Azərbaycanda "İnstagram" istifadəçilərinin payı 39.1, "Facebook" və "Messenger" istifadəçiləri 14.4, "LinkedIn" istifadəçiləri 8.9, "Twitter istifadəçiləri isə 3.7 faiz təşkil edib.

Bəs Azərbaycanlılar sosial şəbəkələrdən daha çox nə üçün istifadə edir?

Mövzu ilə bağlı İKT üzrə tanınmış ekspert Elvin Abbasov Musavat.com-a danışıb:

“Öncə qeyd edim ki, "Digital 2023 Global Overview" Azərbaycanla bağlı statistikasında “Tik-tok” göstəricisi yoxdur. Təəssüf ki, Azərbaycanda daha çox  “Tik-tok” və “İnstagram” sosial şəbəkələri populyardır. Və təəssüflər  olsun ki, həm “Tik-tok”, həm də “İnstagram”da faydalı kontent azdır. Məsələn, başqa ölkələrdə bu sosial şəbəkələri faydalı kontent olaraq istifadə olunur. Azərbaycanda isə  “Tik-tok” və “İnstagram”dan  əsasən fikri, amalı olmayan kütlə istifadə edir. Doğrudur, biz deyə bilmərik ki, bu sosial şəbəkələrdə faydalı kontent yoxdur, var, amma bu, təxminən 100-də 5 faizdir. Bu 5 faizin də içərisinə məqalə paylaşanlar, öz bizneslərini quran blogerlər daxildir, hansı ki, onlar əvvəllər daha çox digər sosial şəbəkələrdən istifadə edirdi, indi həm də “Tik-tok” və “İnstagram”da səhifələrini açıb paylaşımlar edirlər.
Beləliklə, Azərbaycanda “Tik-tok” və “İnstagram” sosial şəbəkələrində faydalı kontent yaradan azdır, daha çox əyləncə məqsədi ilə  istifadə olunur.

7-10 il əvvəl Amerika, Avropa və Rusiya yönümlü sosial şəbəkələr var idi. Rusiya yönümlü sosial şəbəkələrdə daha çox insanlar arasında bölgü olurdu. Bu da daha çox əxlaqsızlığa aparıb çıxarırdı. Məsələn, axtarış edirdin ki, mən filan cinsəm və filan cinsi  axtarıram. Bu, daha çox rus mədəniyyətinə görə formalaşmışdı”.

Ekspert bildirib ki, “Facebook”, “Tvitter” və digər o vaxtın sosial şəbəkələri isə daha çox fikri və  amalı bir olan insanların bir araya gəldiyi məkan idi:

“İndi rus sosial şəbəkələri əvvəlki tendensiyanı azaldıblar. Yəni yüngül, fikri olmayan, sadəcə əyləncə məqsədi ilə istifadə konfiqurasiyasını azaldıb, daha da intellektual səviyyəni artırmağa çalışıblar. Məsələn, bu gün baxanda görürük ki,  “mail.ru”, “yandex” sistemlərinə düzəlişlər edilib, daha əvvəlki kimi  bərbad vəziyyətdə deyillər.

Avropa, Amerika sosial şəbəkələri isə ən başdan qaydaları düz oynayıb. Yəni fikirləri olan, faydalı kontent yarada bilən bir kütlə cəlb edirdi. İndi də “Facebook”,  "LinkedIn", "Twitter”-də fikri, məqsədi olan, söz demək istəyən, ən azından başqasının da olsa fikrini anlayan seqment var. Həmçinin bu ölkələrdə “Tik-tok”, “İnstagram” uyğun məqsədlər üçün istifadə edilir. Azərbaycanda isə belə deyil. Ölkəmizdə “İnstagram”, “Tik-tok” əsasən heç bir etik qaydalara əməl etmədən, istənilə yolla diqqət çəkərək kütlə qazanmaq, yığmaq, əyləncə məqsədi ilə istifadə edilir. Bu baxımdan ekspert olaraq ölkəmiz üçün daha çox  “Facebook”, "LinkedIn", "Twitter”-cəmiyyət üçün faydalı hesab edirik”.


Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR