İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq - VİDEO

1249 08.03.2023 22:00 Mədəniyyət A A

Kann festivalında “Xatirə və Xəta” bədii filmi digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən və son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir, yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə geniş kütləni maarifləndirmək məqsəd ilə çəkilib.

Bu barədə AZƏRTAC-a məlumat verən filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov onu da əlavə etdi ki, “Kann” Festivalının direktoru Christian “Xəta və xatirə” bədii filminin sinopsisini oxuduqdan sonra filmin festivalda mübarizəyə qoşulması üçün lazım olan ödəniş rüsumundan azad etdiyinə görə ona öz təşəkkürümü bildirirəm.

“Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq, - müxtəlif festivallara salınmışıq və Beynəlxalq Festivallarda 190-dən çox müxtəlif mükafatlar almışıq. Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlərimiz 17 platformaya yerləşdirilib. “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş məlumatlar yazılıb. Beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə,
“Xatirə və Xəta” ekran əsəri Kann festivalında Qeydiyyat kodu: 23LM1239 Qeydiyyat bölməsinə Bədii Filmlərin Rəsmi Seçimi Şəxsi hesabına daxil olub.

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissor Amil İskəndərov montaj Elnur Tarverdiyevə məxsusdur.

“Xatirə və Xəta” filminin treyleri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR