İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı gənclər Londonda mobil tətbiq qurub FOTO

493 08.06.2024 11:21 Dünya A A

Azərbaycanlı gənclər Londonda xarici tələbələr üçün mobil tətbiq qurub.

AZƏRTAC xəbər verir ki, tətbiqin təqdimat mərasimi Azərbaycanın Londondakı səfirliyində baş tutub.

Tətbiqin 22 yaşlı həmtəsisçisi Mirkazım Seyidzadə qeyd edib ki, o, 7 ildir Londonda yaşayır və bu illər ərzində Azərbaycandan gələn tələbələrin Britaniyada müxtəlif çətinliklərlə qarşılaşdığının şahidi olub. O bildirib ki, tələbələrin ən çox ev tapmaq, buradakı yeni mühitə uyğunlaşmaq kimi problemləri olur: “Mobil tətbiq vasitəsilə azərbaycanlı və xarici tələbələr onların təhsil alacağı universitetdəki digər tələbələrlə əlaqə quracaqlar. Bundan başqa, kirayə ev tapmaq, hava limanından qarşılanma, ev təmizliyi, müxtəlif ölkələrə vizaların alınması kimi funksiyalardan da istifadə edə biləcəklər”.

Mobil tətbiqin proqramisti və digər həmtəsisçisi 20 yaşlı Sahib Zülfiqar isə deyib ki, tətbiqin yeni istifadə verilməsinə baxmayaraq, artıq 620 nəfər bu tətbiqi yükləyib: “Biz “tələb” sözündən yola çıxaraq, bu sözü ingilis dilinə uyğunlaşdırmağa çalışdıq. Buna görə də tətbiqi “Talab” adlandırmağa qərar verdik. Tətbiqin qurulması və tam dizaynı 9 ay çəkdi. İnanırıq ki, bu tətbiq bütün azərbaycanlı və xarici tələbələrin həyatını asanlaşdıracaq”.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR