İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı “feministlərdən” növbəti təxribat: Azərbaycan əleyhinə bəyanatın feminizmlə nə əlaqəsi?

3021 12.08.2023 12:10 Gündəm A A

Özünü Cənubi Qafqazda  “femenist həmrəylik” və “femenist sülh”  ideyalarının dəstəkçisi elan etmiş  “Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb. Platformanın sosial hesabında  isə bu bəyanat  aşağıdakı təqdimatla verilib:

1) Qarabağda/Artsaxda nə baş verir?

2) Hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır?

3) Həmrəylik vaxtıdır!

Diqqət etdinizsə, azərbaycanlı “feministlərin” bəyanatında toxunulan hər üç  mövzu Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinədir. Söhbət, faktiki olaraq, erməni təbliğatında istifadə olunan tezislərdən gedir. Bəyanatdan bir hissəni diqqətinizə çatdırıram: “12 dekabr 2022 tarixindən etibarən Əliyev rejimi tərəfindən göndərilən bir qrup “eko-aktivistlər” Laçın/Berdzor dəhlizi boyunca hərəkətin qarşısını alaraq Qarabağdakı/Artsaxdakı erməniləri blokadaya almışdılar. Bunun davamında yol üzərində nəzarət məntəqəsini yerləşdirən Azərbaycan 23 apreldən bəri Qarabağa/Artsaxa giriş-çıxışı tam nəzarətdə saxlayıb,son həftələrdə bunu tamamilə məhdudlaşdırmışdır. Nəticədə isə Qarabağda/Artsaxda ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması humanitar fəlakətə gətirib çıxarmışdır”.

9ae085cf-d452-450f-85cc-7f14196d362d.jpg (53 KB)

Bəyanatda rəsmi Bakını Qarabağın erməni əhalisi ilə Yevlaxda görüş təklifinə də toxunulur və bildirilir ki, bu təşəbbüs “Qarabağın/Artsaxın Azərbaycana tabeçiliyi təmin etmək, paralel şəkildə bölgənin demilitarizasiyalaşdırılması və 2025-ci ilədək Qarabağda/Artsaxda mandatı olan Rusiya sülhməramlılarının çıxarılması ilə total nəzarəti ələ keçirməkdir”.

Bəyanat Azərbaycan “hegemonluğundan” qurtulmaq üçün femenist həmrəylikdə göstərmək, birliyə çağırışla yekunlaşır.  Əslində isə bu tezislər və çağırış femenist həmrəylik üçün deyil , “Azərbaycana qarşı birləşin” çağrışı kimi səslənir.

“Femenist Sülh Kollektivinin”  təsisçiləri Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadədir.  Onu da xatırladaq ki, onların hər üçünün adı əsası 2018-ci ildə Ermənistanın  baş nazirinin həyat yoldaşı Anna Akopyan tərəfindən qoyulmuş və 44 günlük müharibəsinin əvvəlində “sülhə çağırış” edən “Qadınlar sülh uğrunda” riyakar sülh hərəkatına qoşulmuş azərbaycanlıların sirasında yer alır.

Femenizmdə etnik separatizmin izləri: femenistlər  separatizmi dəstəkləyir?

Bu ilin əvvəlində  Qarabağda resursların talanmasına etiraz olaraq Laçın yolu üzərində azərbaycanlı ekoaktivistlərin etiraz aksiyası ilə paralel olaraq bütün dünyada erməni lobbisi və onlara dəstək verən dairələrin “Xankəndi blokadası” və “aclıq realiti şousu” propoqandası  üçün səfərbər olmasından yazmışdım(https://musavat.com/news/feministleri-maliyyelesdiren-maypole-fondunun-azerbaycanla-bagli-mekrli-planlari-sok-faktlar_956820.html)

47bc89da-1a97-4029-87f1-55db893837fd.jpg (40 KB)

Həmçinin qeyd etmişdim ki, beynəlxalq donor təşkilatları bu təşəbbüslərə dəstək üçün “kisələrinin” ağzını səxavətlə açıblar.

Ümumiyyətlə 44 günlük Vətən müharibəsindən keçən dövr ərzində  beynəlxalq donor təşkilatlar Azərbaycana hədəflənmiş qrant müsabiqələrinə bir sıra dəyişikliklər edib. Əvvəldən dəstəklənən  spesifik sahələrin arealı genişlənib , ənənəvi demokratiya, media, hüquqi maarifləndirmə, ifadə azadlığı, ictimai və siyasi iştirakçılıq və s. kimi mövzulara bir də antimilitarist hərəkatlara dəstək əlavə olunub.

Ölkə daxilində militarizm və müharibənin bir çox formalarına qarşı vətəndaş aktivliyini  dəstəkləyəcəklərini bildirən donorlar yerli şəraitə uyğun şəkildə mübarizə aparan aktivistlərə fərdi və ya kollektiv fəaliyyət  qurmağa,  beynəlxalq koalisiyalarla əlaqələr  yaratmağa kömək edəcəklərini elan etmişdirlər. Donorlar bu aktivliyin ölkə daxili proseslərə  beynəlxalq təsir göstərmək  məqsədi daşıdığını  heç gizlətməmişdirlər.

https://www.maypolefund.org/

“Maypole” fondu Azərbaycanda müharibə əleyhinə aktivləri məhz ikinci  Qarabağ müharibəsi, Azərbaycanın qələbəsindən sonrakı müddətdə aktiv vəsait ayırmağa başlayıb. Və “Femenist Sülh Kollektivi” platformasında yayılan bəyanatın dili, istifadə olunan terminologiya və özünə daşıdığı mesaj tam əminliklə deməyə əsas verir ki, “Maypole” fondunun Azərbaycanla bağlı məkrli planları işə düşüb.

Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə heyətinin üzvü, politoloq

77089898-d9b3-4e24-94e7-512d011b8439.jpg (32 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR