İnsanlara hürriyət, millətlərə istiqlal!

Feministləri maliyyələşdirən “Maypole” fondunun Azərbaycanla bağlı məkrli planları- ŞOK FAKTLAR

2260 13.02.2023 18:00 Yazarlar A A

 

 

Artıq iki aydır Qarabağda resursların talanması əleyhinə  Laçın yolu üzərində Azərbaycanlı ekoaktivistlərin etiraz aksiyaları davam edir. Paralel olaraq bütün dünyada  erməni lobbisi və bu imkanı Azərbaycana qarşı istifadə etmək istəyən dairələr  “Xankəndi blokadası” və “aclıq realiti şousu” propoqandası  ilə səfərbər olunublar.

Paralel olaraq Beynəlxalq donor təşkilatları Azərbaycanda QHT, media, feminist və s. kimi mövzularda fəaliyyətlərin dəstəklənməsi üçün  iri həcmli vəsaitin ayrılması proseslərinə start  veriblər.

Son iki ildə beynəlxalq donor təşkilatların Azərbaycana  hədəflənmiş qrant müsabiqələrinə bir sıra dəyişikliklər olub. Əvvəldən həmişə dəstəklənən  spesifik sahələrə qrant həcmləri ifrat artıb, spesifik sahələrin arealı isə genişlənib. Bundan öncə maliyyə ayrılan sahələrə indi bir sahə də əlavə olunub.

Ənənəvi demokratiya, media, hüquqi maarifləndirmə, ifadə azadlığı, siyasi iştirakçılıq və s. kimi mövzulara bir də antimilitarist hərəkatların dəstəklənməsi əlavə olunub.

Azərbaycan QHT və media cəmiyyətinə çox da tanış olmayan, hüquqi şəxs olmayan qrant verən birlik kimi məşhur olan “Maypole” fondu  sırf bu spesifik sahəyə fokuslanıb.

“Maypole” fondu artıq iki ildir beynəlxalq donor təsisatı kimi Azərbaycanda militarizm və müharibəyə qarşı feminist fəaliyyətləri maliyyələşdirən layihələr həyata keçirir.

https://www.maypolefund.org/

Fondun rəsmi saytında təşkilatın militarizm və müharibənin bir çox formalarına qarşı fəaliyyətlərə dəstək göstərdikləri qeyd edilib.

Xüsusi olaraq qeyd olunub ki, yerli şəraitə uyğun şəkildə mübarizə aparan aktivistlərə  fəaliyyətlərini qurmağa bir başa dəstək veriləcək. Bu istiqamətdə istənilən aktivlik və layihələrə maliyyə dəstəyi verən  fondun əsas məqsədi  proseslərə beynəlxalq təsir göstərməkdir.

Məsələnin bir maraqlı tərəfi də “Maypole” fondunun  bu fəaliyyəti məxfi yerinə yetirməsidir. Fondun rəsmi saytında 2022-ci il üçün Azərbaycana qrant müsabiqəsi haqqında heç bir məlumat tapılmasa da, bu məlumatları  qrantlar haqqında ümumiləşdirilmiş  məlumatlar paylaşan saytlarda tapmaq olur. Onlardan bir neçəsində  fondun 2022-ci ildə Azərbaycan üçün qrant ayırması haqqında elanlar verilib.

https://www.searchdonation.com/funds/display/?id=674

Burada bir qeyd etmək yerinə düşər ki, son illər bir sıra beynəlxalq fondlar fəaliyyətlərinin və maliyyələrinin izlənməsinin qarşısını almaq üçün qrant məlumatlarını ikinci və üçüncü sinif “paylayıcı saytlar” vasitəsi ilə elan edirlər.

https://www.searchdonation.com/funds/display/?id=674

Elanda “Maypole” fondunun  militarizmə fəal şəkildə meydan oxuyan yaradıcı, qeyri-zorakı layihələri təşviq etməsi haqqında anons edilib. Fond bu tip antimilitarist  fəaliyyətləri fərdi və həmçinin qruplar şəkilində həyata keçirənlərə maliyyə ayırmağı planlaşdırır.

Məlumatda xüsusi qeyd olunub ki,  fond layihələri “yerli şəraitə uyğun şəkildə” və “müvafiq üsullarla” maliyyələşdiriləcək və çatdıracaq.

https://www.maypolefund.org/aims/

Elandan aydın olur ki, “Maypole” fondu Azərbaycanlı feministlərin anti-militarizm, müharibə əleyhinə etirazlarını, silah ticarətinə qarşı tədbirlərini, silah sistemlərinə qarşı dirənişlərini, silahsızlanma siyasətin  və proseslərini dəstəkləyən fərdləri və ya  qrupları maliyyələşdirir.

“Maypole” fondunun maliyyəsi  hesabına əldə edilən nəticələr haqqında geniş danışmaq olar, amma fikirimcə bir nümunədə fondun fəaliyyəti və niyə 2020-ci ildən sonra Azərbaycanda qrant müsabiqəsini genişləndirməsi haqqında  aydın təsəvvürlər yarana bilər.

1981-2000-ci illərdə fondun maliyyəsi ilə həyata keçirilən “Graham Qadın Sülh Düşərgəsi” Böyük Britaniya və ABŞ Hərbi Hava Qüvvələrinin təlimlərini pozmağa, ABŞ bazalarını Britaniya ərazisindən çıxarılmasına yönəlmiş etiraz aksiyaları həyata keçirib.

“Maypole” fondunun daha sonrakı illərdə  İspaniyanın Kataloniya separatçı bölgəsinin müstəqillik hərəkatında, Cənubi Amerikada Kolumbiyanın  inqilabçı bölgələrində FARC müqavimət qruplarında  feminist hərəkatları və fərdləri  dəstəkləyib .

2021-ci il qrant elanında “Maypole” fondu dünyanın hansı bölgələrində  müharibə əleyhinə fəaliyyət üçün vəsait ayırmaları  haqqında geniş məlumatlar var.

https://www.heysuccess.com/opportunity/The-Maypole-Fund-Grants-for-Women-2021-6865

Əfqanıstan, Ermənistan, Albaniya, Əlcəzair, Andorra, Anqola, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Azərbaycan, Baham adaları, Bəhreyn, Banqladeş, Barbados, Belarus, Beliz, Benin, Bermud, Butan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bruney, Bolqarıstan, Burkina Faso və s.

https://www.heysuccess.com/opportunity/The-Maypole-Fund-Grants-for-Women-2021-6865

“Maypole” fondu Azərbaycanda müharibə əleyhinə aktivləri məhz ikinci  Qarabağ müharibəsi, Azərbaycanın qələbəsindən sonrakı müddətdə aktiv vəsait ayırmağa başlayıb.

Azərbaycan üçün 2021-ci il ərzində fondun ayırdığı maliyyənin həcmi haqqında açıq mənbələrdən məlumatlar əldə etmək mümkün olmasa da, birliyin dövri hesabatlarından aktivlərin tarixləri haqqında məlumat əldə etmək mümkündür.

Bu 2021 və 202- ci il Ermənistan və Azərbaycan sərhədində hərbi gərginlik aylarına təsadüf edir və sərhəddə hərbi əməliyyatlar ərəfəsi, müharibə əleyhinə kampaniyaların aparılması müddətləri ilə uyğun gəlir.    

“Maypole” fondunun  səsli-küylü bir neçə layihələrinin məqsədi  ümümilikdə Avropanın təhlükəsizliyi üçün vacib layihələrin həyata keçirilməsinə mane olması ilə yadda qalıb.

Bu layihələrdən biri isə “Greeham Qadın Sülh Düşərgəsi” tərəfindən təşkil edilən etirazlar idi. Etirazların bir başa hədəfi Avropanın təhlükəsizliyi naminə ABŞ və Böyük Britaniya birgə təlimləri, Avropada müştərək bazaların yaradılmasının əleyhinə keçirilən etirazlar olub.

 

Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə heyətinin üzvü, politoloq
166158846418979345926309d3f05218.jpg (39 KB)

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR