İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı biznesmenə silahlı hücum: Başından vuruldu

2177 21.12.2023 18:17 Kriminal A A

ABŞ-da azərbaycanlı biznesmen güllələnərək öldürülüb.

Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.

Azərbaycanlı biznesmen Kənan Əliyev öz avtomobilində silahlı hücuma məruz qalıb.

Biznesmen başından güllələnərək qətlə yetirilib.

Kənan Əliyevin nəşi Azərbaycana gətirilərək Bakıda dəfn edilib.

Qeyd edək ki, K.Əliyevin anası Kəmalə Əliyeva da bu ilin aprelində ABŞ-da faciəli şəkildə ölmüşdü.

Belə ki, ABŞ-a oğlunun yanına qonaq gedən Kəmalə Əliyeva Niaqara şəlaləsinə gedərkən yol qəzasında həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR