İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla sərhəd kəndlərin əhalisi SİLAHLANDIRILDI

13012 29.05.2023 17:41 Son xəbər A A

"Sünik rayonunun sərhəd yaşayış məntəqələrində özünümüdafiə üçün kifayət qədər silah-sursat var".

"Armenpress"in məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Respublikasının "Sünik mərzi" adlanan Zəngəzur ərazisinin qubernatoru Robert Qukasyan bu gün Azərbaycanın mövqelərinin çox yaxın olması və təhlükəsizlik tədbirlərinə ehtiyac olması barədə fikirlərini cavablandırarkən deyib.

"Bütün sərhəd yaşayış məntəqələrində silah var. Daim silah gəzdirmək istəyənlər var, bu, təbii ki, düzgündür. Biz ayıq olmalıyıq. Başa düşürsünüz ki, silahın daşınması və saxlanması ilə bağlı dəqiq tənzimləmə yoxdursa, bütün bunların nəticəsində bədbəxt hadisələr baş verə bilər. "Sərhəd kəndlərində silah-sursat yoxdur" demək yanlışdır. Onlar var".

Qukasyan regionda Ermənistan Müdafiə Nazirliyinin zəruri hesab etdiyi qədər silahın olduğunu vurğulayıb. (Moderator.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR