İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatını tam dəstəkləyirik" - AĞ Partiyadan bəyanat

1050 19.09.2023 15:06 Son xəbər A A

AĞ Partiya cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror əməliyyatını AĞ Partiya olaraq tam dəstəkləyirik.
AĞ Partiya həmişə olduğu kimi dövlətinin və ordusunun yanındadır. Şəhid olan polislərimizin, mülki vətəndaşlarımızın qisasının artıqlaması ilə şanlı ordumuz tərəfindən alınacağına şübhəmiz yoxdur. Azərbaycan ərazisində son nəfərinə qədər bütün terrorçuların məhv ediləcəyinə əminik.

Qarabağ Azərbaycandır, Xankəndi Azərbaycandır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR