İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan 10 minə yaxın erməni terrorçuya ŞOK ZƏRBƏ

2930 23.04.2023 15:15 Qarabağ xəbərləri A A

Xəbər verdiyimiz kimi, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu haqda məlumatı Dövlət Sərhəd Xidməti yayıb. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Hərbi ekspert Ədalət Verdiyev Musavat.com-a açıqlamasında bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat, şəxsi heyət, texnika, mina və digər avadanlıqların çatdırılmasının qarşısını maksimum məhdudlaşdırmağa imkan verəcək.

edalte.jpg (248 KB)
 
“Bu isə rusların müvəqqəti nəzarətində olan ərazilərdə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək və nəticə etibarilə ərazilərin silahlılardan təmizlənməsi prosesini sürətləndirəcək”, - hərbi ekspert əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR