İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda yoxsul yoxdur, restoranlar doludur"

909 04.07.2023 22:05 Şou-biznes A A

Əməkdar artistlər Kubra Əliyeva və Gövhər Rzayeva Azərbaycandakı toy adətlərini tənqid ediblər.

Musavat.com axşam.az-a istinadən bildirir ki, aparıcı Elgiz Əkbərin "Toy tortlarının qiyməti 20 min manatdır" sözünə münasibət bildirən aktrisa və musiqiçi bunu israfçılıq adlandırıb.

G.Rzayeva "İsrafçılıqdır. Allah bundan keçmir. Gedib ona desən, 100 manat ver, verməz. Amma gör nə oyun çıxardır. Harınlamışlıqdır. Əvvəl toyda küftə-bozbaş verirdilər, bir də plov. İndi israfçılıq çoxdur" sözlərini söyləyib.

K.Əliyeva isə "Ərəb şeyxi qızının ad günündə 70 min torta pul verib. Bizimkilər də ondan götürüb. Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahındandır. Oxumur, işləmir, deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur, maşın bol, restoranlar dolu" sözlərini əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR