İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda virusun yeni ştamına yoluxan var?

938 13.01.2023 09:25 Səhiyyə A A

Azərbaycanda COVID-19-un yeni ştamı olan “Omicron XBB.1.5”ə yoluxma faktı qeydə alınmayıb.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova “Real TV”də qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, sözügedən virus “Omikron”un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə “Omikron” kimi keçirir:

“Bunun müxtəlif ştamları olsa belə, bizə yad virus deyil. Biz koronavirusla diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştamın “Omikron”dan elə də fərqi yoxdur”.

Qeyd edək ki, 2023-cü ilin yanvarın 5-də ÜST tərəfindən COVID-19-un yeni ştamının aşkarlandığı açıqlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR