İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda vəzifəli şəxs qəzada öldü

943 01.02.2024 11:45 Hadisə A A

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR