İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda tanınmış idmançı vəfat etdi

1410 16.07.2024 22:15 İdman A A

Azərbaycanda idman ictimaiyyətinə ağır itki üz verib.

Oxu.Az xəbər verir ki, Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi Murad Məsləhət oğlu Heydərli 16 iyul 2024-cü il tarixində, 27 yaşında vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, 27 yaşlı M.Heydərli karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR