İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda son bir həftədə 20 nəfər COVID-19-a yoluxub, dörd nəfər ölüb - FOTO

377 04.12.2023 18:08 Hadisə A A

Azərbaycanda son bir həftə ərzində (27.11-03.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan dörd nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 172 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 376 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 612, bu günə qədər isə ümumilikdə 7 718 479 test icra olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR